Xəstə erməni cəmiyyəti və ona verilən tutarlı cavab  - Müzakirə

14:00 30.09.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan hərbi qüvvələrinin, terrorçu qruplarının Azərbaycan ərazilərində illərdir davam edən cinayətkarlığı, özbaşına hərəkətləri bu gün Şanlı Ordumuz tərəfindən cavabını alır.

Vətən müharibəmiz ölkədə böyük rüh yüksəkliyi yaratmaqla yanaşı, beynəlxalq ictimaiyyəti də narahat edib. Azərbaycan öz Vətəninin azadlığı uğrunda savaşdığı bir vaxtda, BMT  Təhlükəsilik Şurası, ATƏT  və sair xarici təşkilatlar müharibəni yenidən danışıqlar formatına çevirmək niyyətindədir. Beynəlxalq təşkilatların bu həmlələri, illərdir davam edən ötən müzaklirələrdən nəyi ilə fərqlənəcək? Hafta.az millət vəkili Fazil Mustafa və politoloq Zərdüşt Əlizadənin fikirlərini təqdim edir:

 

– Bu gün beynəlxalq qurumlar Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatına qaşı əks hüçumu  və regiondakı vəziyyəti, xüsusilə Ermənistan – Azərbaycan arsındakı vəziyyəti necə dəyərləndirir?

Millət vəkili Fazil Mustafa:

– İllərdir beynəlxalq təşkilatların Qarabağ müharibəsi ilə bağlı etdiyi müdaxilələr hər hansı bir irəliləyişə hesablanmayıb, əksinə bu, Ermənistanın mövqeyinin möhkəmlənməsi üçün idi.  İndi Ermənistan sıxışdığına görə  belə bir müzakirələr keçirməyə başlayıblar. Hər halda, cəbhədə elə  uğurlar qazanmalıyıq ki, danışıqlar masası arxasında öz tələblərimizi diqtə edə bilək. Ona görə də mən hesab edirəm ki, bizim bütün çalışmalarımız cəbhə xəttində uğurlarımızın çox olmasına yönəlməlidir. Yalnız bundan sonra danışıqlar masasında  diplomatik uğurlar əldə edə bilərik.

Politoloq Zərdüşt Əlizadə:

- Qarabağ münaqişəsində müəyyən fəaliyyət göstərən beynəlxalq təşkilatlar daha çox hansısa bəyanatları ilə yadda qalıb və gündəmə gəliblər. Bu gün Qarabağda başlanan savaş beynəlxalq təşkilatlarda bizim haqqımızın tanınması istiqamətində hər hansı bir canlanma yaratmayacaq. Beynəlxalq təşkilatlar bizim üzərimizdən oyunlar qurur. Ona görə də Qarabağla bağlı beynəlxalq aləmdə haqqımızın yer tapmasına ümid edənlər eyforiyaya uyurlar. Beynəlxalq münasibətlərdə real güc öz sözünü deyir. Biz 30 il beynəlxalq hüquqa istinad etmişik, amma heç bir nəticə əldə edilməyib. İndi haqlı olaraq ordu işə düşüb və bundan sonrakı nəticələr ona bağlıdır. Mən düşünmürəm ki, hansısa beynəlxal təşkilatın hansısa mücərrəd  sülh çağırışları hansısa bir məsələni həll edəcək. 

Belə təsirlərdən sonra bizim savaşımızın dayandırılıb-dayandırılmayacağına gəlincə, bu, ölkə rəhbərliyinin mövqeyindən asılıdır. Təbii ki, tərəfləri atəşkəsi dayandırmağa, sülh yolu ilə hansısa razılığa gəlməyə çağıracaqlar, amma Ermənistanın mövqeyi hər hansı bir güzəşti əldə etməsinə əsas vermir. Bu gün qüvvələr nisbəti Ermənistanın mövqeyini dəyişməyə məcbur edə bilər.  Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Qarabağın Azərbaycanın daxilində qalmasına razılıq verməlidir. Hər halda Ermənistanın parlamenti baş nazirin bu sualına qətiyyətlə yox dedi. Görünən odur ki, Ermənistan müharibəni çox soyuqqanlı şəkildə davam etdirməyə hazırlaşır. Azərbaycan tərəfi də öz torpaqlarını işğaldan azad etmək mövqeyindədir.

– Ötən təcrübələrə ictimad edən ictimaiyyətdə bir narahatlıq var ki, beynəlxalq təşkilatların maneəsi ilə yenə də zəfər yürüşümüz dayandırıla bilər. Prezidentin qəti çıxışına, eləcə də əhalinin əhval ruhiyəsinə baxanda  sizin gözləntiniz nədir, cəbhədə axıra qədər gedirikmi?

Millət vəkili Fazil Mustafa:

– Əlbəttə, gedəcəyik. Gücümüz çatan bütün istiqamətlərdə addımlar atmalıyıq. Burada hər hansı şəkildə geri çəkilmə ola bilməz. Ona görə də indi mümkün olan qədər addımlar atacağıq.  Təbii ki, bu sonunda hansısa bir masa arxasında əyləşməyə gətirib çıxara bilər. Burada da bizim şərtlərimiz var: düşmən qüvvələri döyüş bölgəsindən, bütövlükdə torpaqlarımızdan, Qarabağdan  qovulana qədər bu savaş getməlidir. Bundan sonra  danışıqlar aparmaq olar. Bu gün danışıqlarda hansısa azlığın Qarabağda hansısa formatda yaşaması  və yaxud da mövcudluğu barədə müzakirələr ola bilər.  Amma Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı çözüm yolu ola bilməz. Ordumuzun əks hücumu da bununla bağlıdır.

Dağlıq zonada aparılan müharibə heç kəsə asan anlaşılmasın.  Bu, düzənlik, yaxud səngər olmayan adi bir savaş deyildir... Ermənilər uzun illərdir orada müdafiə səngərləri qurublar, bunları aşmaq lazımdır.  Dağlıq ərazidə müharibə aparmaq olduqca çətindir və burada  hücum edən tərəfin çətinliyi daha çoxdur. Biz bu məsələdə hər halda ciddi çalışmalıyıq.  Müəyyən problemləri həll etməyənə qədər bütün gücümüzü səfərbər etməliyik.

Hər halda, bu gün diaspora təşkilatları da bu istiqamətdə böyük işlər görürlər.  Onlar da xaricdə olmalarına baxmayaraq, ölkəmizə bütün platfromalarda dəstək verirlər və bu dəstək davam edəcəkdir.  Bu gün bütün azərbaycanlılar ordu ilə bir yerdədir,  ordumuzun hər hansı bir şəkildə uğurları bütövlükdə gələcək siyasətimizi də müəyyən edir.

Politoloq Zərdüşt Əlizadə:

– Beynəlxalq təşkilatların toparlanmasını, Qarabağı müzakirəyə çıxarmasını əlahiddə bir hadisə kimi qəbul edə bilmərik. Qarabağın boşaldılması,  4 qətnamənin icrası ilə bağlı məsələ müzakirə olunan deyildir. Azərbaycan BMT-ni unutmalıdır. BMT-nin 5 əsas daimi üzvü var. Onlardan biri Minsk qrupunun həmsədridir. Əgər onlar 30 ildir ki, münaqişənin həllsiz qalmasına razı olublarsa, bundan sonra da hansısa möcüzə baş verməyəcək. BMT TŞ-nin qərarlarının icrası güc sahiblərindən asılıdır.

Hər halda, Azərbaycanın erməni təxribatının qarşının alınması üçün Ordunun əks-hücumuna, Prezidentin də sərgilədiyi qəti mövqeyə əsasən torpaqların işğaldan azad olunması prosesi başlayıbsa, demək, BMT-nin qətnamələri unudulub.

– BMT-də, ATƏT-də Qarabağ məsələsi müzakirəyə çıxarıldı, burada  vaxtilə qəbul olunmuş 4 qətnamənin icrası önə çəkilmədi və yenə də Azərbaycanın danışıqlara cəlb olunması önə çəkildi. Nə etməliyik?

Millət vəkili Fazil Mustafa:

– Hər halda, BMT-nin qətnamələrinin  niyə icra olunmaması arqumenti bizim əlimizdə əsasdır.  Bu qətnamələrin ruhuna zidd olan hansısa bir  addım atılması mümkün deyildir.  Əgər atarlarsa, onda tam qərəzli qərar qəbul etmiş olarlar. BMT-nin nizamnaməsi var və Azərbaycanın ərazi bütövlüyü məsələsi  burada həlledici amil olaraq qəbul edilməlidir. Ona görə də biz BMT-dən məhz bu istiqamətdə qərarlar gözləyirik.

Politoloq Zərdüşt Əlizadə:

– Qarabağda  müharibə gedir. Ermənistan ordusu Qarabağda işğalçı hücumları ilə təxribatlar törədir və Azərbaycan Ordusu da  ermənilərin hücumuna qarşı əks-hücum edərək, br sıra kəndləri, yüksəklikləri azad edib. Mən düşünmürəm ki, bu gün ictimaiyyətdən nə isə asılıdır.  Azərbaycan və erməni ictimaiyyəti vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həllini birgə həyata keçirmək haqda yollar axtarırdı. Erməni cəmiyyətinin əksəriyyəti münaqişənin dinc həllinin əleyhinədir,  yalnız kasıb adamları çıxmaq şərti ilə. Amma erməni cəmiyyəti xəstədir və güzəştli həll istəmirlər. Gərək döyüş meydanında qüvvələr nisbəti dəyişsin ki, yalnız bu hada masa arxasında əyləşib güzəştli sülh axtarsın.

30 ildir dövlətimiz ordu hazırlayır. İndi sınaq zamanıdır. Ordumuzun gücü ilə bu sınaqdan necə çıxacağımızı görəcəyik.

 

Oxunma sayı 322
Siyasət rubrikasından digər xəbərlər