Xətai rayonunda evdən oğurluq edən şəxs yaxalanıb

17:48 04.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonunda evdən oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 500 manat məbləğində pul, 450 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Qəhrəmanov saxlanılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində təhqiqatlar davam etdirilir.

Oxunma sayı 945