Xətaidə içki məclisində 4 nəfər bıçaqlandı- GÜNÜN TƏZADLARI

18:17 26.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verdi. Hafta.az-ın yazdığına görə, APA xəbər verir ki, hadisə Sarayevo küçəsi 18 ünvanında baş verib. Belə ki, 4 nəfər arasında içki məclisində mübahisə yaranıb. 1976-cı il təvəllüdlü Fərhadov Babək Feyruz oğlu, 1964-cü il təvəllüdlü Həsənov Tural Əziz oğlu, 1973-cü il təvəllüdlü Nurməmmədov Vüqar Seyfəddin oğlu və Məmmədov Vüqar Ziyəddin oğlu bıçaq xəsarəti alıb. Məlum olub ki, əvvəlcə Tural Həsənov yeyib-içdikdən sonra bıçaqla B.Fərhadov, V.Nurməmmədov və V.Məmmədovu bıçaqlayıb. Daha sonra yaralılardan biri Turalın əlindəki bıçağı alaraq ona xəsarət yetirib. Yaralıların hamısı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

 

Əli tapdığı 15 kq qızılı özünə götürmədi

Dubay əmirliyində iş fəaliyyətində  yüksək əxlaqi keyfiyyətlər nümayiş etdirən iki müsəlman mühacir fəhlə mükafatlandırıldı. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə belə deyilir. Pakistandan gələn Tahir Əli Dubaydakı firmalardan birində təmizlik işlərinə baxır. Bir gün iş zamanı o,  binanın avto-dayanacağında ağır bir çanta tapıb. İçərisinə baxanda qızıl külçələr görüb.  Sonradan məlum olub ki, çantada 15 kq qiymətli metal var. Vicdanlı gənc müsəlman dərhal çantanı şirkətin təhlükəsizlik xidmətinə təhvil verib və onun sayəsində bir müddət sonra qızılın sahibi tapılıb.  Dürüstlüyü üçün Əliyə əmirlik rəhbərliyi pul mükafatı,  firma rəhbəri isə əlavə maaş verib. Əlinin həmyerlisi Şəfəqət Xan Dubayda taksi sürücüsü kimi çalışır. İş günlərindən birinin sonunda gənc müsəlman maşınının arxa oturacağında içərisiində külli miqdarda pul olan bir çanta aşkar edib. Şəfəqət dərhal tapıntı barədə polisə xəbər verib. Məlum olub ki, taksidə içərisində 21 min dollar məbləğində para olan çanta Şəfəqətın otelə apardığı bir Avropa ailəsi tərəfindən unudulub. Pakistanlı müsəlmana nəcib hərəkəti üçün bir cib telefonu və pul mükafatı verilib.

 

“Jara” iştirkaçısı səhnədə yıxıldı

Rusiyalı ulduz Olqa Buzova Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalında çıxışı zamanı səhnədə çətin anlar yaşadı. Hafta.az-ın yazdığına görə, BAKU.WS xəbər verir ki, müğənninin təqdim etdiyi "Voditsa" mahnısı üçün hazırlanmış şouya uyğun olaraq səhnəyə çoxlu su tökülüb. Su səhnəni sürüşkən etdiyindən Buzova rəqs edərkən ayağı sürüşüb və yıxılıb. Müğənninin dizi qanayıb.

 

Dünyanın ən təhlükəsiz avtomobili Bakıda yandı 

Avtomobillər içərisində öz təhlükəsizliyi ilə seçilən "Volvo” bu dəfə adını doğrultmadı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Bakıda Babək prospektində hərəkətdə olan "Volvo” markalı avtomobilin mühərrik hissəsinin altından qəfil yanğın başlayıb. Yanğın tezliklə təkərə keçib. Görünən odur ki, hətta ən təhlükəsiz avtomobillər belə təhlükə yarada bilir.

 

Poroşenko hücuma məruz qaldı

Bir qrup şəxs keçmiş Ukrayna prezidenti Pyotr Poroşenkoya hücum etməyə cəhd göstərdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hadisə Poroşenko “Kuznitsa na Rıbalskom” zavodunun satışı barədə ifadə verməsindən sonra olub. Eks-prezident maşından çıxan kimi bir qrup şəxs ona hücum etməyə cəhd göstərib. Naməlum dələduzlardan biri onun maşınının üzərinə atılıb. Poroşenkonun mühafizəçiləri hücumun qarşısını alıblar. Bununla belə, naməlum şəxslər mühafizəçiyə qarşı qaz balonundan istifadə ediblər. Bundan sonra polis işə qarışmalı olub. Poroşenko isə maşınına minərək yola düşüb.