Xətaidə su məhdudiyyətlə veriləcək

12:55 07.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri Xətai rayonu ərazisində bu gün ərzində su məhdudiyyətlə veriləcək.

Hafta.az “Azərsu” ASC-yə istinadən bildirir ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.