Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - Faktiki hava

17:37 30.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, 30 may 2020-ci il, saat 16:00-a olan vəziyyətə əsasən, şimal-qərb küləyi Neftçalada 20 m/s, Tərtərdə 18 m/s, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıtda 28 m/s, Qum adasında 26 m/s, Maştağada 25 m/s, Binədə 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Oxunma sayı 1996
Sosial rubrikasından digər xəbərlər