Xəzər rayonunda dördotaqlı ev yanıb

11:35 14.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonunda ümumi sahəsi 165 kvadratmetr olan birmərtəbəli, dördotaqlı evdə güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, hadisə nəticəsində ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.