Xəzərdə itkin düşmüş balıqçının axtarışları üçün qonşu ölkələrə müraciət olunub - VİDEO

15:07 12.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir.

FHN-dən hafta.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar Qazaxıstan Daxili İşlər Nazirliyinə, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Türkmənistan Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müraciət olunub.

Həmçinin, xilas olunmuş 3 nəfər balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub.

Axtarışlar nəticəsində “ABA1074” seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.