Çin universitetlərində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 16-23-də Çinin 3 universitetində, “Beynəlxalq Mədəniyyət Festivalı“ keçiriləcək. ASAİF “Azərbaycanın-20, inkişaf və gənclik“ şüarı ilə çoxşaxəli stendlərlə tədbirdə iştirak edəcək. ASAİF-in mətbuat xidmətindən verilən məlumata görə, hər bir universitetdə Azərbaycanın stendi düzəldiləcək. Stendlərdə Azərbaycana aid şəkillər, kitablar, Azərbaycan mədəniyyətini təmsil edən müxtəlif jurnal və sair materiallar nümayiş etdiriləcək. Məzmun etibarı ilə stendlərin 3 qrupa (Azərbaycan mədəniyyətinin təbliği, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi və “Eurovision - 2011“ - Azərbaycanın birinciliyi) bölünməsi nəzərdə tutulub. Həftə ərzində, həmçinin Azərbaycan mətbəxinin, milli geyimlərin və musiqinin təqdimatı da baş tutacaq. Tədbirin keçirilməsində əsas təşkilatçılığı ASAİF təşkilatının Çindəki nümayəndəsi Vüsal Qurbanov və Renmin Universitetinin fəal tələbəsi, ASAİF üzvü Natiq Xəlilov öz üzərinə götürüb. Bundan başqa, tədbirin keçirilməsinə Azərbaycanın Çindəki səfirliyinin və bu ölkədəki azərbaycanlı iş adamlarının dəstəyi olacaq. Ümumilikdə tədbirdə 30-a yaxın azərbaycanlı tələbə iştirak edəcək. Tədbirdə böyük əksəriyyəti Avropa ölkələri olmaqla, 67 ölkə təmsilçisinin iştirakı nəzərdə tutulub. Çinin dövlət rəsmilərinin, şəhər meriyasının, mədəniyyət və təhsil nazirlərinin, o cümlədən, Çində fəaliyyət göstərən xarici ölkə səfirlərinin də tədbirdə iştirakı gözlənilir.
Vüsal