Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə təqdim olunması istiqamətində səylərimiz davam edir - PA rəsmisi

12:29 24.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir.

Hafta.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) şöbə müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasındadeyib.

H.Hacıyev bildirib ki, əsas məqsəd Xocalının beynəxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanıdılmasıdır:

"Azərbaycan xalqı Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edir. Xocalı faciəsi xalqımızın ağrılı yarasıdır. Azərbaycan xalqı onların xatirəsini öz yaddaşında saxlayır və böyük ehtiramla onları yad edir. Bu gün Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir.

Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırımı kimi tanıdılmasına nail olunmasıdır ki, bu prosesdə də ictimai məlumatlandırma, Xocalıya ədalət kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın fəaliyyəti, diplomatik nümayəndəliklərimizin və diaspora təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır”.

Oxunma sayı 92
Siyasət rubrikasından digər xəbərlər