Xocasən qəsəbəsində 100 abonentin təbii qaz təminatı dayandırılıb

16:57 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 22-də günorta saatlarında Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində “Kənan” marketin yaxınlığında qeyri-qanuni olaraq yeri dəyişdirilmiş 108 millimetr diametrində qaz xəttinin əvvəlki vəziyyətə qaytarılması zamanı sakinlər “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarına mane olublar. Bu barədə dərhal rayon icra hakimiyyəti, ərazi üzrə polis orqanları, eləcə də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verilib. İşi tam icra etmək mümkün olmadığından hazırda 100 abonentin qaz təminatı müvəqqəti dayandırılıb.

Bu barədə hafta.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Oxunma sayı 162