Yazını böyüt
Yazını kiçilt
"Azərbaycan üçün vacib layihələrdən biri olan “Xudafərin-Qız Qalası” Su-elektrik stansiyası layihəsi hazırda işlənir".
Hafta.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov söyləyib. Nazir qeyd edib ki, layihə 2016-cı ildə ölkə başçısı tərəfindən təsdiq edildi:
"Hazırda layihənin İran tərəfindən 95 faizi hazırlanıb. “Qız Qalası”nda icra səviyyəsi isə 50 faizdir. İran tərəfi ilə bu istiqamətdə birgə işlər davam etdirilir".
Xatırladaq ki, “Xudafərin-Qız Qalası” Su-elektrik stansiyası işğal olunmuş Cəbrayıl rayonu ərazisində İranla sərhəddə Araz çayı üzərində inşa olunur.