Avropa Mətbuat Şuraları Alyansının toplantısı başa çatıb

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Avropa Mətbuat Şuraları Alyansının Moskvada keçirilən XIII illik toplantısı başa çatıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun da qatıldığı ikigünlük tədbirin ilk günü Avropada fəaliyyət göstərən eyniadlı qurumların hesabatları dinlənilib. Ə.Amaşov çıxış edərək rəhbərlik etdiyi qurumun XII toplantıdan keçən müddətdə gördüyü işlərdən söhbət açıb. Tədbirin ikinci günündə iştirakçılar internet medianın cəmiyyətdəki rolu, bu tip media vasitələrində peşə davranışı qaydalarının pozulması halları, habelə mətbuatda rasizimin yayılmasındakı təzahür formaları və sair istiqamətlərdə fikir mübadiləsi aparıblar. Mətbuat Şuralarının iqtisadi vəziyyətləri ilə də bağlı müzakirələrin getdiyi toplantıda mövcud sahədəki problemlərin mümkün həlli yollarına toxunulub. Tədbirdə Avropa Mətbuat Şuraları Alyansının XIV illik toplantısının Belçikanın paytaxtı Brüsseldə təşkili qərara alınıb.
Sevda
Oxunma sayı 114