Yalçın Rzazadənin səhhəti ilə bağlı son durum

23:51 13.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir müddətdir səhhəti pisləşən xalq artisti Yalçın Rzazadə hazırda həkim nəzarəti altındadır.

Hafta.az  Kult.az-a  istinadən  xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

O, xalq artistinə zəng edərək hal-əhvalını soruşduğunu bildirib: 
“Müalicəyə başladığını, həkim nəzarətində olduğunu bildirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onun müalicəsini nəzarətə götürməsindən çox razı qaldığını və humanistliyinə və insanlara qayğısına görə ona çox-çox təşəkkür etdiyini söylədi”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi.