Yanvar ayında 190 manat birdəfəlik yardım veriləcəkmi? - CAVAB

12:10 21.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yenidən verilib-verilməyəcəyi ilə bağlı məsələ geniş müzakirə olunur.

Hafta.az baku.ws-ə istinadən bildirir ki, sosial şəbəkələrdə müzakirələr zamanı birdəfəlik yardımın yanvar ayı üçün ödəniləcəyi ilə bağlı məsələ daha çox insanları maraqlandırır.

Qeyd edək ki, ötən il dekabrın 30-da ƏƏSMN tərəfindən ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı işsiz və karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdırılıb.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdi. Bu müddət bir ayı əhatə etdiyi üçün 190 manat birdəfəlik yardım da həmin tarixi əhatə edir.

Oxunma sayı 314