Yapon döyüş sənətləri 1-ci Azərbaycan Budo Festivalında nümayiş olunacaq

16:23 06.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiya səfirliyi və bir sıra yapon döyüş sənətləri federasiyalarının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı, JTI Azərbaycan, Toyota Bakı Mərkəzi, YAR Energy, Travelaze şirkətlərinin dəstəyi ilə Azərbaycanda ilk dəfə bir çox budo növlərini (yapon döyüş sənətlərini) bir araya gətirəcək 1-ci Azərbaycan Budo Festivalı keçiriləcək.

Hafta.az yazır ki, bu barədə səfirliyin məlumatında deyilir. Festivalın açılışı oktyabr ayının 5-də Bakı İdman Sarayında baş tutacaq.

Festivalda karate, cüdo, kendo, aikido, ciu-citsu, sumo kimi yapon döyüş sənətləri nümayiş olunacaq, Yaponiya və yapon mədəniyyəti təbliğ ediləcək.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkdən festivalın facebook və instagram səhifələrini izləmək olar:
https://www.facebook.com/AzBudoFest/?__tn__=%2Cd%2CP-R&eid=ARBylNmmoauxPRVf5cd1S_oYEkn_QhgNHSLGPdjlTZtvSmGRCXwk9UVGk5_OE_LanQMXQXaPr57Kq-q0