“Yaponiya bu il Azərbaycanda 10 yeni layihə həyata keçirəcək” – Səfir Katori Teruyuki

19:02 27.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"stəqilliyinə qovuşandan sonra - 27 ildir ki, Azərbaycanla Yaponiya arasında hərtərəfli əlaqər inkişaf edir".

Hafta.az yazır ki, bu sözləri jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Katori Teruyuki deyib. Diplomat bildirib ki, Yaponiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələr yüksək səviyyədədir. “Biz bura Yaponiyada yeni təyin edilmiş imperatorun doğum gününü qeyd etmək üçün toplanmışıq. Yeni imperatorun taxta çıxması Yaponiyada yeni dövrün başlanğıcı deməkdir", - səfir bildirib.

O, deyib ki, Azərbaycanla Yaponiya arasında ən çox inkişaf edən ikitərəfli münasibətlər neft və qaz sahəsini əhatə edir: "Bu münasibətlərin inkişafının nümunəsi kimi “Şimal 2” terminalını göstərmək olar. Bu, çox böyük layihədir və Azərbaycanın enerji təminatının 70 faizi həyata keçirəcək”.

Səfir deyib ki, uzun illərdir Yaponiya hökuməti Azərbaycanda “Ot kökləri” adlı proqram həyata keçirir. “Hər il təxminən 10 layihə icra olunur. Düzdür, layihənin biri 90 min dollar həcmindədir. Buna baxmayaraq, məqsədimiz insanlara az da olsa kömək göstərməkdir. Layihələr içməli su çəkilişi, tibb, məktəb və bağçaların yenidənqurması, bəzən hətta yeni binaların tikilməsi və sair sahələri əhatə edir.  O cümlədən 2020-ci ildə də 10 layihəni səçerək icra etməyi düşünürük”, - səfir Teruyuki deyib.

Siyasət rubrikasından digər xəbərlər