Yaponiya ilə ABŞ-ın ticarət müqaviləsi yanvarda qüvvəyə minəcək

11:57 04.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiya və ABŞ arasında iki ölkə liderlərinin bu yaxınlarda Nyu-Yorkda imzaladığı müqavilə gələn ilin yanvarında qüvvəyə minəcək.

Bu barədə Yaponiya Xarici İşlər naziri Toşimitsu Moteqi “Nikkei” qəzetinə müsahibəsində deyib.

“ABŞ müqavilənin 2020-ci ilin yanvarında qüvvəyə minməsini istəyir və bizim buna heç bir etirazımız yoxdur”, - deyə nazir bildirib.

Sənədin Yaponiya parlamenti tərəfindən təsdiqinə ehtiyac olsa da, T.Moteqi təklif edilən cədvəllə bağlı tərəflər arasında heç bir fikir ayrılığı olmadığını deyib. Bildirib ki, müqavilə parlamentin oktyabrın 4-də növbəti sessiyasının müzakirəsinə təqdim ediləcək.

“Müzakirələrdən sonra biz müqavilənin bəyəniləcəyini düşünürük”, - deyə nazir əlavə edib.