Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ olub

11:25 31.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 31-də, şənbə günündən bazar gününə keçən gecə Yaponiyanın Hokkaydo adasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Tokati dairəsinin yaxınlığında, ocağı okeanın dibindən 90 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Oxunma sayı 1216