Yaponiyada hakim partiyanın yeni sədri seçilib

12:10 14.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyada hakim Liberal-Demokrat partiyasının yeni sədri seçilib.

Partiyanın qurultayı zamanı Nazirlər Kabinetinin hazırkı baş katibi Yosihide Suqa partiyanın yeni sədri olub.

Bu, ona Yaponiyanın yeni baş naziri olmağa imkan verəcək.

Qeyd edək ki, baş nazir Sindzo Abe bir müddət əvvəl sağlamlığı səbəbi ilə baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Sentyabrın 16-da Yaponiya parlamentində Y.Suqanın baş nazir seçilməsi ilə bağlı səsvermə keçiriləcək.

Oxunma sayı 2908