Yardımlıda meşə zolağı yanıb

10:41 20.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yardımlıda meşə zolağı yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Ostayır kəndi ərazisində 1 ha sahədə meşə zolağı, 5 ha sahədə quru ot və kol-kos yanıb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri, meşə təsərrüfatı işçiləri və kənd əhalisi tərəfindən söndürülüb.