Beynəlxalq teatr festivalında “İnsan səsi“

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyi, “Mədəniyyət və İncəsənət Forumu“ Fondu və “Özbəkteatr“ Birliyinin təşəbbüsü ilə Daşkənddə “Theatre.UZ/2011“ beynəlxalq teatr festivalının açılışı olub. Festivalda Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna və başqa ölkələrin nümayəndələri iştirak edirlər. Oktyabrın 26-dək davam edəcək festivalın birinci günü Berlindən gəlmiş teatr kollektivi “Maskanın etirafı“ tamaşasını göstərib. Festivalda Azərbaycan Akademik Milli Dram Teatrı fransız dramaturqu Jan Koktonun “İnsan səsi“ tamaşası ilə iştirak edəcək.


Oxunma sayı 127