Yasamalda yol nişanı tərsinə qoyuldu-  Günün təzadları

20:22 26.08.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakının Yasamal rayonunda (Mənzil İnşaatı Dövlət Agentliyinin yeni tikdiyi binaların yaxınlığında) yol nişanında olan problemi sürücülərdən biri qeydə alındı. Hafta.az-ın yazdığına görə, "Report"a göndərilən fotodan görünür ki, 4-cü qrup nişanına aid olan 4.2.3 yol nişanı (maneəni sağdan və ya soldan keçmə) üzü aşağı durmaq əvəzinə əksinə, üzü yuxarı dayanıb. Belə olan halda isə nişanın mənası tamam itir.

 

Paytaxtda saqqallı kişilərin həbsi başlandı

Özbəkistan hakimiyyətinin  İslam dini tərəfindən sünnə(qayda), amma bəzi  ateist ruhlu məmurlar tərəfindən radikal ideologiyaya bağlılıq əlaməti kimi qəbul edilən saqqallı kişilərə qarşı kampaniyanı davam etdirdiyi bəlli oldu.  Hafta.az  "BBC" radiosunun Özbəkistan redaksiyasına istinadla xəbər verir ki, saqqallı kişilərə qarşı növbəti reyd 23-24 avqust tarixlərində paytaxt Daşkənddəki iri “Malika” elektronika bazarında təşkil edilib. Bildirilir ki, polis əməkdaşları bazara həm uniforma, həm də mülki geyimdə çıxıblar. Nəşrin verdiyi məlumata  görə,  polis bölməsinə aparılan təxminən 100 nəfər kişi saqqallarını qırxmağa  məcbur edilıb.  Məişət texnikası satan zərərçəkənlərdən birinin sözlərinə görə,  hüquq-mühafizə orqanlarının əməkdaşları kişiləri saqqallarını qırxmaqdan imtina etdikləri təqdirdə həbslə hədələniblər.  Öz qürur atributlarıyla bölüşməyə razı olanlar sərbəst buraxılıb, imtina edənlər isə şöbədə qalıblar.

 

Bakıda tanınmış jurnalist döyüldü

Tanınmış jurnalist Zülfüqar Xeyirxəbər bazar günü axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən “99 AD 149” dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsdi və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirildi.  Hafta.az yazır ki, hadisə barədə Musavat.com-a məlumat verən jurnalist bildirib ki, o həmin avtomobilin sürücüsünün yetirdiyi ciddi bədən xəsarətləri ilə bağlı 3 saylı xəstəxanaya müraciət edərək ilkin tibbi yardım alıb və daha sonra evə buraxılıb.  Z.Xeyirxəbər hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə dərhal məlumat verib və başına gələn hadisənin təfərrüatını danışıb. Z. Xeyirxəbərin fiziki təzyiqə məruz qalması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məlumatlıdır. Bu barədə "Report"un sorğusuna cavab olaraq BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O əlavə edib ki, faktın araşdırılması ilə müvafiq göstərişlər verilib: "Nəticəsi barədə əlavə məlumat veriləcək".

 

Britaniya kraliçası Trampa görə qazonun korlanmasından şikayətləndi

Böyük Britaniya kraliçası II Yelizaveta Avstraliyanın baş naziri Skott Morrisona Bukinqem sarayının qazonunun ABŞ lideri Donald Trampın vertolyotuna görə korlanmasından şikayətləndi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə "Daily Times" nəşri yazıb. Morrisona yaxın mənbənin bildirdiyinə görə, kraliça Trampın vertolyotunun mühərriklərinin, həmçinin, onun şassilərinin qazon üzərində qoyduğu izlərdən narahatçılığını ifadə edib. "Mənim çəmənliyimə bir baxın. O, korlanıb", — deyə mənbə kraliçanın sözlərini sitat gətirib.

 

Sualtı  kitabxana açıldı

ABŞ-da iki otel sualtı kitabxana açdı. Orada ziyarətçilər birbaşa hovuzlarda kitab oxuya bilərlər. Hafta.az-ın yazdığına görə, “Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu xidməti Florida ştatının Ki-Uest adasındakı iki mehmanxana təklif edir. Burada söhbət suyadavamlı nəşrlərdən gedir. Belə olan halda qonaqlar hətta üzəcəkləri təqdirdə belə kitablar korlanmamış olacaq. Hələ ki, suyadavamlı şəkildə yalnız dünya klassiklərinin əsərlərini oxumaq mümkündür. Xidmət pulsuzdur, suyun altında kitab oxumaq müddətsizdir.

 

Təyyarə ilə vertolyot toqquşdu

İspaniyanın Mayorka adasında vertolyot və kiçik təyyarə toqquşdu. Hafta.az yazır ki, APA-nın “ABC” nəşrinə istinadla verdiyi məlumata görə, ən azı 5 nəfər ölüb. Qəza nəticəsində bir neçə nəfər də xəsarət alıb.