Yeddiotaqlı ev yandı

14:49 20.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzəndə 7 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 289 m² olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.