Yeni dərs ilində ən çox sevinənlər birincilər oldu - FOTO

14:20 16.09.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bilik Günü Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən Pərviz İsmayılov adlna Bakı şəhər 278 saylı Tam Orta Məktəbində  yüksək səviyyədə qeyd edildi. Tədbir saat 8:00-da başlandı. Məktəbin müəllim və şagird kollektivi, eləcə də tədbirdə iştirak edən qonaqlar öncə məktəbin həyətində ucaldılmış şəhidin büstü önünə gələrək əklil qoydular.

İlk zəngin  vurulmasını səbirsizliklə  gözləyən birincilərin  həyəcanlarını xüsusi qeyd etmək lazımdır. Artıq onlar  bu gündən məktəb həyatına qədəm qoyurlar.

Tədbir Azərbaycanın Dövlət Himni ilə başlandı.

Məktəbin direktoru, “Tərəqqi” medallı Məlahət Əliyeva məktəbin müəllim və şagirdlərini təbrik edərək bildirdi ki, qədəm qoyduğunuz məktəb elm ocağıdır: ”Bu məkrəbdə təhsil alan hər bir şagird elmin sirlərinə dərindən yiyələnməlidir. Müasir dünyanın qabaqcıl xalqlarının sıralarında addımlamaq üçün  zəngin biliyə yiyələnmək lazımdır. Bu gün Vətənimizə elmi biliyə, bacarığa, praktiki hazırlığa, mütərəqqi dünyagörüşə malik, xalqın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan vətəndaşlar gərəkdir. Ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğı və diqqət sayəsində bu gün ölkəmizdə yüzlərlə yeni məktəb tikilib və təmir olunaraq şagirdlərin ixtiyarına verilib. Dövlətimiz məktəblilərin vətənpərvərlik ruhda tərbiyə almasına xüsusi diqqət yeririr.  Bizim məktəbdə də təhsil alan hər bir şagird bu ruhda böyüyür, təlim-tərbiyə alır. Məktəbin müəllim kollektivi bu vəzifəni uğurla həyata keçirir. Elə bu qayğının  nəticəsidir ki, məktəbimiz hər il uğurlara imza atır. Belə ki, bu il məktəbin 84 məzunundan 77-si ali məktəbə qəbul olması üçün sənəd verib. Onlardan 69 nəfəri yüksək bal toplayaraq, ali məktəblərə qəbul olunub. Bu, ən yüksək nəticə deməkdir.  11b sinif məzunlarının 25-i də ali məktəbə qəbul olunub. Eləcə də 11a sinfinin 24 məzunundan 23-ü, 11-ci sinifdən 17 nəfərdən 13-ü və 11 e sinfinin 12 məzunundan 9 nəfəri ən yüksək bal toplayaraq, aparıcı ali təhsil məktəblərində tələbə adını qazanıblar. Yeri gəlmişkən qeyd edim ki, bu il 250 nəfər şagird məktəbin birinci sinfnə qəbul olunub”.

Suraxanı RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev RİH başçısı İlqar Abbasovun təbrik məktubunu tədbir iştirakçılarına çatdırdı.

Valdeyinlər adından  Leyla Ramazanova müəllim və şagirdləri Bilik Günü münasibəti ə təbrik etdi. Tədbirdə birincilər məktəbə, müəllim və  Vətənə aid şeirlər səsləndirdilər.

Sonra birinci sinfin şagirdləri Emil Şərifli və Vüqar Əhmədova ilk zəngi vurdular. Şagirdlər siniflər üzrə sinif otaqlarına daxil oldular.

 Ağdam rayon 42 saylı köçkün tam orta məktəbində də Bilik Günü təntənəli şəkildə qeyd edildi. Əvvəlcə şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.

Məktəbin direktoru İlduzə Əsgərova məktəbin müəllim və şagirdlərini Bilik Günü münasibətilə təbrik edərək söylədi ki,  bu il rəhbərlik etdiyi təhsil müəssisəsinin göstəriciləri çox yüksək olub: ”Məktəbin  21 məzunundan 18 nəfəri sənəd verib. Onlardan 16 nəfəri yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunublar. Məzunlarımızın səsi BDU-dan, Azərbaycan Dövlət İqtisad Unverstitetindən, Ali Diplomatlar Akademiyasından, Polis Akademiyasından, Azərbaycan Dövlət Tibb Universtitetindən gəlir. Eləcə də iki məzunumuz – IX sinif şagirdi Aytən Əhmədzadə və XI sinif şagirdi Məleykə Hüseynzadə qırmızı attestat  alıblar. İki ildir, məktəbimiz respublika üzrə ən qabaqcıl məktəblər sırasındadır. Buraxılış imtahanlarının nəticələrinə görə,  176 rayon məktəbləri arasında məktəbimiz 2-ci yerə layiq görülüb”.

Ağdam Rayon Təhsil Şöbəsinin metodisti Niana Şükürova   müəllim və şagirdləri həm RTŞ-nin rəhbərliyi adından, həm də öz adından məktəbin kollektivini təbrik etdi. Bildirdi ki, o da vaxtilə bu məktəbin məzunu olub: ”Yüksək balla  Dillər Universitetinə qəbul olundum və oranı müvəffəqiyyətlə bitirdim. Yenidən Dövlət qulluğunda işləmək üçün test imtahanı verdim. Yükək balla Ağdam RTŞ-ə metodist vəzifəsinə göndərildim. İndi RTŞ-nin əməkdaşı kimi, ilk dəfə olaraq təhsil aldığm doğma məktəbimizə gələrək müəllimlərimlə birlikdə Bilik Günündə iştirak edirəm”.

Valideynlər adından Yasəmən Qənurova məktəbin müəllim və şagirdlərini təbrik etdi.

Söz birincilərə verildi. Onlar bayrağa, Vətənə, Anaya  və müəllimə aid şeirlər səsləndirdilər. Sonra ilk zəng çalındı və şagirdlər siniflər üzrə cərgə ilə sinif otaqlarına daxil oldular.

Sosial rubrikasından digər xəbərlər