Yeni Günəşıli abadlaşır - Reportaj

14:05 09.05.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

 Paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində abadlıq və quruculuq işləri davam edir.  “Həftə içi”nin əməkdaşı olaraq yolumuzu sözügedən qəsəbənin “V” yaşayış sahəsindən saldıq. Əvvəlcə 1 saylı 9 mərtənəli yaşayış binasının həyətində olduq. Əvvəllər binanın daxili yolları bərbad vəziyyətdə idi, sakinlərin istirahəti üçün heç bir şərait yox idi. Artıq binanın daxili yolu asfaltlanıb. Meydançaya isə asfalt örtüyü vurulub. Sakinlərin istirahəti üçün “söhbətgah”lar, küçə işıqlarına kimi quraşdırılıb. Binanın mərtəbələri təmir edilib, fasadları rənglənib.

5 saylı binanın həyətində abad məhəllə salınırdı. Binanın, artıq həyətində və daxili yollarda asfalt işləri başa çatdırılıb, səki daşları qoyulub, ahıllar üçün Veteranlar guşəsi salınıb.

Suraxanı Rayon MKTB 62 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi  Cavad Abdullayev ərazidə təmizlik işlərinə nəzarət edirdi. NKİS-nin rəisi  görülən işlər barədə məlumat verərək bildirdi ki, “V” yaşayış sahəsində dözügedən MKİS-nin balansında  32 yaşayış binası var. Onun sözlərinə görə,  həmin binalarda  hər gün mütəmadi olaraq dezinfeksiya işləri aparılır: ”Bütün zibil qutuları yenisi ilə əvəz olunub. Məişət tullantıları vaxtlı-vaxtında daşınılır, ərazilər qabaritlərdən təmizlənilir  və  eyni zamanda, zibil qutularında və parklarda da  dezinfeksiya işləri aparılır. Ərazidə  və yol kənarlarında salınmış yaşıl zolaqlar alaq otlarından təmizlənilir, budama işləri aparılır, ağac və kolların dibləri bellənir və suvarılır. Eləcə də  1, 2, 3, 4, 5, 20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 saylı 9 mərtənəli yaşayış binalarının  dam örtükləri, fasadları, eləcə də blokların içi 9-cu mərtəbəyə kimi əsaslı təmir edilib. Binanın daxili pilləkənlərinin əksəriyyəti yenisi ilə əvəz olunub, bloklara metlax döşənilib.76 ədəd kirişlərə dəmir seyf qapılar qoyulub, məhəllədaxili yollar təmir edilib, küçə işıqları yenilənib, daxili yollara 21 min kvadratmetr asfalt örtüyü vurulub. Uşaqların oynaması üçün ə 2, 3, 4 və 26 saylı binaların həyətlərində futbol meydançası salınıb”.

Cavad Abdullayev 28 saylı yaşayış binasının həyətində isə basketbol meydançasının tikildiyini də dedi: ”5 saylı binanın həyətində ahıl adamların asudə vaxtlarını səmərəli keçirməsi üçün Veteranlar guşəsi tikilib. Eləcə də 23 saylı binanın həyətində  şahmat meydançası salınıb. Sakinlərin istirahəti üçün  binaların həyətində abad məhəllələr salınıb, 23 ədəd “söhbətgah” quraşdırılıb. Bir sözlə, sakinlərin istirahəti üçün hər cür şərait yaradılır. Bütün bu işlər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun tapşırığı və bilavasitə köməkliyi əsasında həyata keçirilir. Abadlıq işləri bu gün də davam etdirilir. Yerdə qalan 18 yaşayış binasında da əsaslı təmir işləri aparılacaq. Eyni zamanda  binaların həyətlərdə abadlıq işləri görüləcək”.

Oxunma sayı 979