Yeni Peşə Təhsil Mərkəzi gələcəkdə iş probleminizi həll edəcək

10:14 23.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt Kimya Sənaye Parkında açılan Peşə Təhsil Mərkəzi sifarişçi ilə təhsil alanlar arasında birbaşa körpü yaradır.

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib. Onun sözlərinə görə, yeni mərkəzin bir çox üstünlükləri var:

"Bildiyimiz kimi, son illər Azərbaycan dövləti tərəfindən peşə təhsilinə xüsusi diqqət yönəlib və Cənab Prezident İlham Əliyev tərəfindən 20 aprel 2016-cı ildə imzalanan xüsusi Fərmanla Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyi yaranıb. Bu da peşə təhsili sahəsində islahatların aparılmasına və bu sahənin inkişaf etdirilməsinə imkan yaradıb.

Sözsüz ki, Sumqayıt Kimya Sənaye Parkında Peşə Təhsil Mərkəzinin açılması xüsusi əhəmiyyət daşıyır. Sözügedən təhsil müəssisəsinin orada təhsil alan şəxslərə verəcəyi üstünlüklər barədə danışmaq istərdim. Öncə onu bildirim ki, həmin peşə məktəbində təhsil alan tələbələr artıq Sumqayıt Sənaye Parkı ərazisində istehsalat təcrübəsi əldə etmək imkanı qazanırlar.

Oxunma sayı 1466