Yeni qatarlarda tez-tez gələn yanıq qoxusu - Səbəb nədir?

16:05 14.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı Metropoliteni son dövrlər bir neçə yeni qatarlar alıb. Bu qatarlar köhnələrindən həm daxili rahatlığı, həm xarici dizaynına görə fərqlənir. İç komfortu bu nəqliyyatdan istifadə edənlər üçün daha rahatdır. Lakin bir neçə dəfə yeni qatarlarda tüstülənmə baş verib. Dünən də yeni qatarların birində yanığ qoxusu sərnişinlərin narahatçılığına səbəb olub. Sərnişinlər “28 May” metrosunda vaqonlardan boşaldılıb, qatar depoya göndərilib.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hafta.az-a açıqlamasında dedi ki, müasir qatarlar avtomatlaşdırılmış, başqa sözlə, kompüterləşdirilmiş sistemlə çalışır:

"Bu qatarlarda bort kompüteri həm də maşinistin köməkçisi adlandırmaq olar. Ekrandakı məlumatlar qatarın vəziyyəti barədə məlumat verir. Həmin məlumata əsasən, maşinist qatara əlavə texniki baxış keçirilməsi barədə qərar verib. Qatarda bir idarəetmə rejimi digəri ilə əvəzlənib. Qatarın hərəkət etdiyi sahə dünya metropolitenləri üçün nadir hesab edilən maillikdə olduğundan bu zaman xüsusi maddədən hazırlanmış əyləc qəlibindən spesifik qoxunun gəlməsi istisna edilmir. Qatarda hər hansısa tüstülənmə, təhlükə yarada biləcək hal baş verməyib. Bir qədər kobud müqayisə aparsaq, ümumiyyətlə, istənilən maşın-mexanizmdə, həmçinin avtomobillərdə də spesifik qoxu yarada bilən hallar var. Lakin bu heç də həmişə təhlükələrlə və yaxud təhlükə mənbəyi ilə bağlı olmur. Yeri gəlmişkən, metropolitendə sərnişin təhlüksizliyi ən ümdə vəzifədir. "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi də bu məsələlərə həssas yanaşır. Hər hansısa təhlükə olmasa belə, sərnişinlərin narahatlığına səbəb olmamaq üçün bu hallarda da qatarlar baxışdan keçirilir. Həmin qatar da texniki baxışdan keçirilib və hər hansısa problem müşahidə olunmayıb. Qatar xətdən çıxarılarkən, əvəzinə xəttə başqa qatar verilib. Heç bir təhlükədən söz gedə bilməz. Ümumiyyətlə nəinki təhlükə, cüzi yoxlamaq ehtimalı varsa, buna qeyd şərtsiz əməl olunur".

Sosial rubrikasından digər xəbərlər