Yeni Ramanada quru ot sahəsi yanır

15:04 23.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.