Yeni stansiya Mübariz İbrahimovun adına olacaq? - Açıqlama

15:07 16.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son günlərdə sosial şəbəkələrdə "Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısında, "Papanin" adlanan ərazidə tikintisi davam edən və yeni açılacaq metronun adı ilə bağlı müzakirələr aparılır. Stansiyanın Milli Qəhrəman Mübariz İbrahimovun adına olacağı ehtimal olunur.

Sözügedən məsələ ilə bağlı hafta.az-a açıqlama verən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov dedi ki, metropoliten stansiyalarına ad qoyulması Nazirlər Kabinetinin səlahiyyətinə daxildir:

“Baş nazirin imzası ilə müvafiq qərar imzalanır. Nazirlər Kabineti yanında adların verilməsi komissiya var. Adları da yalnız onlar müzakirə edirlər, müvafiq təkliflərə baxırlar. "Bakı Metropoliteni"nin bu sahədə səlahiyyəti yoxdur”.

Qeyd edək ki, "Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısında, "Papanin" adlanan ərazidə tikintisi davam edən stansiyanın açılışı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrinə nəzərdə tutulub.

Sosial şəbəkələrdə paylaşılan həmin fotonu təqdim edirik:

 

Sosial rubrikasından digər xəbərlər