Yeni Zelandiyanın Baş nazirini kafeyə buraxmadılar

21:07 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni Zelandiyanın Baş naziri Casindu Ardern və həyat yoldaşı Klark Qeyford koronavirus epidemiyası ilə əlaqədar tətbiq olunan yeni qaydalar səbəbindən kafeyə buraxılmayıblar.

Hafta.az oxu.az-a istinadən xəbər verir ki, Vellinqton şəhərində "Olive" kafesinin işçiləri cütlüyü qəbuldan imtina ediblər.

Çünki yeni iş cədvəlinə görə, müəssisə artıq mümkün qədər izdihamlı olub.

Hökumət başçısının əri yeri əvvəldən bron etmədiyi üçün özünü günahkar sayıb. Buna baxmayaraq, yer qısa müddətdə boşalıb və bundan sonra cütlüyə kafeyə qayıtmaq təklif edilib.

"Ardern bütün işçilərə yaxşı münasibət bəsləyirdi və adi bir müştəri kimi davranırdı", - deyə şahidlərdən biri bildirib.

 
Ölkədə yeni qaydalara əsasən, restorandakı qonaqlar sosial məsafəni qorumalı və brda oturmamalıdırlar.

Oxunma sayı 377