Yevlax şəhərində Həsən bəy Zərdabi küçəsi təmir olunur

10:28 25.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax şəhərində aparılan quruculuq və abadlıq işləri çərçivəsində Həsən bəy Zərdabi küçəsi təmir olunur.

Hafta.az xəbər verir ki, küçədə piyadaların sərbəst və təhlükəsiz hərəkəti üçün yeni səkilər yaradılıb, yolda bərpa işləri aparılaraq 2000 kvadratmetrdən artıq asfalt örtüyü salınıb.

Aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır. Ölkəmiz üçün çətin olan bu günlərdə belə işlərin həyata keçirilməsinə görə şəhər sakinləri dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Yevlax şəhərinin digər küçələrində abadlıq və əsaslı təmir işləri mərhələli şəkildə aparılacaq.

Oxunma sayı 1244