Yığmamız Avropa çempionatının 1/4 finalına yüksələ bilməyib

22:00 01.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Voleybol üzrə qadınlar arasında Avropa çempionatında 1/8 final mərhələsinin oyunları keçirilir. 

Hafta.az xəbər verir ki, 1/4 finala gedən yolda Azərbaycan milli komandası Bolqarıstanla üz-üzə gəlib. 

Millimiz 0:3 hesabı ilə uduzaraq Avropa çempionatı ilə vidalaşıb. Bu məğlubiyyət yığmamızın Avropa Olimpiya Təsnifat Turnirinə gedən yolunu da bağlayıb. 

Avropa çempionatı
1/8 final

Azərbaycan - Bolqarıstan - 0:3 (12:25, 16:25, 23:25)