Yazını böyüt
Yazını kiçilt
Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.
Hafta.az-ın xəbərinə görə, Azərbaycan yığması bu gün ikinci görüşünə çıxıb. C qrupunda yer alan komandamızın rəqibi Hollandiya olub.
Görüş gözlənildiyi kimi, hollandların qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz ilk turda Xorvatiyanı 3:2 hesabı ilə üstələmişdi. Komandamızın növbəti rəqibi Macarıstan olacaq. Meydan sahibləri ilə qarşılaşma sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
25 avqust
Azərbaycan – Hollandiya 0:3 (15:25, 23:25, 23:25)
Budapeşt, "Papp Laslo Sportarena".