Yığmamızdan Malta ilə növbəti heç-heçə

16:00 08.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Valletta şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib.
 
Hafta.az xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 0:0 hesabı ilə başa çatıb. 
 
Xatırladaq ki, bu komandalar arasında bir neçə gün öncə baş tutan ilk sınaq matçında da qalib müəyyənləşməmişdi – 2:2.