Yük avtomobili yanıb

23:30 12.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda “MAN" markalı yük avtomobili yanıb.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Cəlilabad rayonu Ələt-Astara yolunun 97-ci kilometrliyində “MAN" markalı yük avtomobilinin banı 6 m² sahədə yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.