“Kaxetiya şərabı“na görə hökm çıxarıldı

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt
Gürcütanda məşhur rəssam Niko Pirosmaninin məşhur “Kaxetiya şərabı“ əsərinin taleyi ilə bağlı hökm çıxarılıb. Əsərin qeyri-qanunu ölkədən çıxrılması ittihamı ilə 5 nəfər mühakimə olunub.
Günahlarını etiraf etdikləri və istintaqa yardım göstərdikləri üçün onlara yüngül cəza verilib. Üç nəfər şərti iş alıb, digər iki nəfərdən biri bir, o biri il yarım müddətinə həbs cəza alıb. “Kaxetiya şərabı“nı qaçaqmalçılar Rusiyaya Azərbaycan vasitəsilə keçirmək istəyiblər. Əvvəllər isə bu tablo fərdi kolleksiyalarda saxlanılıb. Onlar əsəri yarım milyon dollara satmaq istəyiblər. Tablo hazırda muzeydə saxlanılır.
Xatırladaq ki, bu ilin əvvəlindən Gürcüstanda Pirosmaninin rəsm əsərlərinin bir neçə dəfə qeyri-qanuni çıxarılması ilə bağlı bir neçə cəhd olub. Primitivizm cərəyanının nümayəndələrindən olan Pirosmani XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayıb-yaradıb.