Yüksəkçinli məmur məhkəmədə özünü güllələdi - Günün təzadları

18:29 12.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya Məhkəmə Qərarlarının İcrası Federal Agentliyinin keçmiş rəisi Viktor Sviridov intihar etdi. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, faciəli olay Moskvanın Çertanov məhkəməsinin zalında baş verib. Sviridovun 10 milyol rublu dələduzluq yoluyla əldə etməkdə günahlandırılaraq ciddi rejimli düşərgədə 3 illik cəzaya məhkum edildiyi bildirilir. “Şübhəli şəxsin məhkəmə zalına silahı hansı yolla gətirdiyi araşdırılır”-deyə məhkəmədən məlumat verilib. Sviridovun ona hədiyyə verilən silahdan atəş açaraq özünü öldürdüyü ehtimal olunur. Hadisə yerində polis və İstintaq Komitəsi çalışır.

Bundan əlavə,  keçmiş məmurun mediaya öncəki açıqlamalarında ağır formalı xərçəng xəstəsi olduğunu bildirdiyi də deyilir.

 

Sumqayıt Dəmir Yolu Vağzalında kişi gözlənilmədən öldü

Sumqayıtda ölüm hadisəsi baş verdi. Hafta.az yazır ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassı küçəsində, Sumqayıt Dəmir Yolu Vağzalının qarşısında qeydə alınıb. Şəhər sakini, 1959-cu il təvəllüdlü Dağbəyi Cəfərov qəfildən yıxılaraq ölüb. İlkin ehtimala görə, o, ürəktutmasından dünyasını dəyişib. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.

 

Dini İşlər naziri müsəlmanı katoliklərin rəhbəri təyin etdi

İndoneziyada məmurların səhlənkarlığı səbəbindən bir təzadlı olay meydana gəldi - müsəlman katoliklərin dini işlər üzrə rəhbərinə çevrildi.  Hafta.az Rusiya mediasına istinadla  xəbər verir ki, “Jakarta Post”un yaydığı məlumata görə, İndoneziyanın Dini İşlər Nazirliyi səhvən bir müsəlmanı katolik icmasının dini rəhbəri vəzifəsinə təyin edib. Bu, sosial şəbəkələrdə istehza və tənqidlərə səbəb olub.  Ölkənin dini işlər naziri Nur Holis Setiavan uğursuz səhvin günahını öz üzərinə götürub və üzr istəyib. 

 

6 yaşlı qız evdə xəzinə olan gizli otaq tapdı

İngiltərədə ata qızı üçün inanılmaz sürpriz hazırladı. Hafta.az-ın verdiyi xəbərdə deyilir ki, ata qızı dünyaya gələrkən onun otağında gizli yer hazırlayıb və orda qızıldan ibarət xəzinə gizlədib. Qız 6 yaşına çatanda ata xəzinənin olduğu xəritəni uşağın çarpayısının altında qoyub. Qızcığaz xəritənin təsadüfən tapdığını güman edərək onu sevincli halda atasına göstərib. Onlar otaqda xəzinənin axtarışına çıxıblar. Atanın apardığı bir neçə saatlıq formal axtarışdan sonra gizli otaq tapılıb və qız həmin otaqdakı qızıl-zinət əşyalarını üzə çıxarıb. Uşağa sevinc bəxş etmək üçün hazırlanan plan dünya mediasında böyük maraqla qarşılanıb.

 

Sərxoş kişi küçədə avtomobillərə hücum etdi

Rusiyanın Sankt-Peterburq şəhərində sərxoş kişi park edilən avtomobillərin üzərinə çıxaraq onlara zərər vurmağa çalışdı. Hafta.az Musavat.com-a istinadla məlumat verir ki, hazırda hüquq-mühafizə orqanları müşahidə kameralarının qeydə aldığı şəxslərin axtarışını aparır. Hadisə Sankt-Peterburq şəhərinin Vıborski rayonunda baş verib.

 

Poçt bağlamalarında gizlədilmiş iki bomba partladı

Niderlandın Kerkrad və Amsterdam şəhərlərində çərşənbə günü səhər poçt bağlamalarında gizlədilmiş iki ədəd bomba partladı. Hafta.az yazır ki, “Qafqazinfo”nun xəbərinə görə, bu barədə Niderland İctimai Yayımları Şirkəti polisə istinadən məlumat yayıb. Bildirilir ki, Kerkradda poçt şirkətinin çeşidləmə nöqtəsində bir bağlama partlayıb. Hadisə yerində olan işçilər və müştərilər təxliyyə ediliblər. Amsterdamdakı partlayış səhər saat 8-dən əvvəl şəhərin qərb hissəsindəki poçt binasında baş verib. İnsident nəticəsində heç kim zərər görməyib.

 

Sultan Laçın

Oxunma sayı