Zakir Həsənov Gürcüstan Parlamentinin sədri ilə görüşüb - FOTO

21:30 21.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində general-polkovnik Zakir Həsənovla Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze arasında görüş keçirilib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, qarşılıqlı etimad üzərində qurulduğunun bildirildiyi görüşdə dövlət başçılarının mütəmadi işgüzar görüşləri və səfərlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi xüsusi qeyd olunub. Tərəflər qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bildiriblər.

Görüşdə həmçinin terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb.

Oxunma sayı 127
Siyasət rubrikasından digər xəbərlər