Zaqatalada narkotik becərən Balakən sakinləri ifşa edildi

14:49 29.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lahıc kəndi ərazisində yerləşən çöl sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik tərkibli bitkilər becərən Balakən rayonu Qasbinə kənd sakinləri 32 yaşlı Pərviz Caniyev və həmyaşıdı Aydın Pirxiyev saxlanılıblar.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə qeyd olunan əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 57 kiloqram olan 121 ədəd narkotik xassəli çətənə bitkiləri və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı P.Caniyev və A.Pirxiyev törətdikləri cinayət əməllərini etiraf ediblər.

 

Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır.