Zaur  Ustac  ustacılar haqqında

20:37 18.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salam olsun, çox dəyərli oxucum! Son bir neçə həftə ərzində xüsusilə artan maraq və bunun nəticəsində yaranmış saysız-hesabsız sorğu-suallardan belə bir yazı yazmaq ehtiyacı açıq-aydın hiss olunurdu.

Məncə, “Ustacı”lar  birdən-birə, necə deyərlər, havadan, göydəndüşmə yaranmayıb. Çünki  neçə vaxtdır, məsələn, “İnci qərənfil”, “Düşünürəm”, “Dünya bir pəncərədir”, nəhayət, “Payızdı bu, güldü bu” kimi şeirlərdə, artıq nəsə fərqlilik hiss olunurdu. Bu təbii proses nəticəsində  “Ustacı” lar yarandı. “Ustacı”da birinci əsas tələb ilk sözdən son sözə qədər  ibrətamiz fikri anlatmaq, təbliğ etmək və ya şeirdə ümumi hansısa bir tərbiyəvi əhəmiyyətli ideya, düşüncənin olması şərtdir. Bundan əlavə, hər bir qafiyəli, nəzm nümunəsi kimi, “Ustacı” nın da özünəməxsus texniki xüsusiyyətləri vardır.   “Ustacı”lar iki bənddən ibarət olur. Birinci bənd dörd misradan, ikinci bənd isə beş misradan ibarətdir. Qafiyələnmə aşağıdakı kimidir:  a a a b, c c c b b. Hər misra on dörd hecadan ibarət olur. Bütün bunlardan əlavə, gizli, yəni açıq görünməyən texniki sirr sayılacaq, bütün “Ustacı”lar üçün xarakterik olan səciyyəvi xüsusiyyətləri var. Ayrıca  həm heca bölgüsünün, həm də bənd və misra  sayları təsadüfi deyil, məqsədli olaraq belə seçilib, hamısının öz anlamı var. Bir neçə “Ustacı” nümunəsini diqqətinizə təqdim etmək istəyirəm:

 

Heç nə dəyişən deyil

(Ustacı)

Zaman, zaman dediyin, ömürdür, axıb gedir.

Aman, aman dediyin, nöqsandır, gəlib, gedir.

Uyar, uyar dediyin, uymur, dolanıb, gedir.

Rahat yaşa özünçün ,heç nə dəyişən deyil!

* * *

Uslu-usludünyanı, gərək arasın adam.

Sakit-sakit dövranı, gərək darasın adam.

Tələsməyib, gözləsin, gərək sonrasın adam.

Aradan çox a zkeçər, görərsənbu, o deyil,

Cəhdeləməboşyerə, heçnədəyişəndeyil!

13.01.2020. Bakı ş.

 

Cahilin bəxti olmaz

(Ustacı)

Zalımın zülmü qalar, məzlumun ahı keçər.

Ariflər bulağından, arif olan su içər.

Urvatsıza ha söylə, özü bildiyin seçər.

Rəşid olan üzərmi, incidərmi bir kəsi!?

* * *

Ustac nə söyləyirsə, yazın daşa, qayaya.

Sabahın övladları, möhtac olmasın Aya.

Taleyindən küsənlər, bəxtsiz gəlib dünyaya!?

Allah faili-muxtar, yaradıbdı hər kəsi,

Cahilin bəxti olmaz, şans da gəzər ər kəsi!

13.01.2020.  Bakı ş.

 

Kələkbazin toruna tamahkar düşər

(Ustacı)

Zamanın xəlbirində, ələnir arzu-istək.

Amansız dedikləri, dünyamız safdı mis tək.

Uğuru, bizim uğur, uğrsuz, olur nəs tək.

Razı qalmayıb kimsə, hey zamana günahkar!

* * *

Uşaqların beynini, yuyur ata, anası.

Sabahları kor olur, sındırılır aynası.

Tale, qismət adıyla, göydə uçur sonası.

Arzu qanadlarında, gəzir xəta xətakar,

Cüvəllağı toruna, düşür sonda tamahkar!

15.01.2019.  Bakı ş.

Zaur Ustac,

şair-publisist

 

 

Oxunma sayı 93
rubrikasından digər xəbərlər