“Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək

21:20 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq Şairi, “Şöhrət” və Gürcüstanın “Şərəf” ordeni laureatı Zəlimxan Yaqubun anadan olduğu Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunun Kəpənəkçi kəndində “Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək.

Hafta.az xəbər verir ki, mərkəz Bolnisi rayon bələdiyyəsi Kəpənəkçi kənd əhalisinin, eləcə də Zəlimxan sevənlərin müraciətinə əsasən tikilir.

Yaxın günlərdə yeni mədəniyyət ocağının eskiz layihəsi də təsdiq olunacaq və tezliklə tikintiyə başlanılacaq.

Qeyd edək ki, yanvarın 23-də Kəpənəkçi kəndində xalq şairinin anadan olmasının 70 illiyi geniş qeyd olunacaq.