Zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1,5 mindən artıq insan yaralanıb - Ərdoğan

12:24 26.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndiyə qədər Elazığda baş verən zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1,5 mindən artıq insan yaralanıb.

Hafta.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "İndiyə qədər zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1607 nəfər isə xəsarət alıb. Lazım olan hər şey təbii fəlakət zonasına çatdırılıb. Dövlət vətəndaşlara hər cür kömək göstərir".

Onun sözlərinə görə, 45 nəfər dağıntılar altından xilas edilib: "Zəlzələ nəticəsində dağılan və zərər görən evlərə dəyən ziyanın qiymətləndirilməsi üzrə işlər bitdikdən sonra bərpa işləri başlayacaq. Hazırda 3 nazirimiz, millət vəkillərimiz oradadır. Onlar komandaları ilə birlikdə dəyən ziyanın qiymətləndirmə işlərini davam etdirirlər".

Qeyd edək ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Oxunma sayı 329