Zəncirvari qəza, 3 avtomobil bir-birinə çırpıldı - VİDEO

13:20 15.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda zəncirvari yol qəzası baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki "Qəsr" Yaşayış Kompleksinin qarşısında hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşaraq yolun kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.