Zibillikdən XIX əsrə aid nadir kitab tapılıb

11:44 18.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı XIX əsrdə dərc edilmiş nadir kitab tapılıb.

Hafta.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, şair, filosof və alim Abdurrəhman Caminin XII əsrdə yaşamış Misir alimi İbn Hacibin “El-Kafiye” əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub.

Kitab hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun “Qeyri-adi tapıntılar” guşəsində saxlanılır.

 
Qeyd edək ki, çeşidləmə zamanı aşkar olunan maraqlı əşyalar “Qeyri-adi tapıntılar” guşəsində yerləşdirilməklə “Təmiz Şəhər” ASC-yə təşkil olunan məlumat turlarının iştirakçılarına nümayiş edilir.