Zimbabvenin eks-prezidenti vəfat etdi

10:05 06.09.2019 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Zimbabvenin eks-prezidenti Robert Muqabe vəfat edib.

Hafta.az-ın xarici mətbuata istinadən məlumatına görə, eks-prezident 95 yaşında dünyasını dəyişib. O, hakimiyyətinin son illərində prostat xərçəngindən əziyyət çəkirdi.

Robert Muqabe 1987-2017-ci illərdə Zimbabvenin prezidenti olub.