Zlatan İbrahimoviç karantinə alınacaq

14:52 10.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliyaya qayıtmağa hazırlaşır.

Hafta.az-ın məlumatına görə, isveçli forvard sabah ölkəsindən Milana yollanacaq.

Koronavirus pandemiyası səbəbindən çempionatda yaranmış fasilədən yararlanaraq "Hammarbü"nün düşərgəsində məşq edən veteran futbolçu İtaliyaya dönən kimi iki həftəlik karantinə alınacaq. Yalnız bu müddətdən sonra "Milan"ın məşqlərinə qoşulacaq. 

Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm "rossonyerlər"in heyətində 10 oyunda 4 qol vurub.

Oxunma sayı 573