"Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək" - Suat Önal

13:08 18.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda parlamentin yenilənməsinin iqtisadi islahatları daha da sürətləndirəcəyinə, ölkənin inkişafına əlavə impuls verəcəyinə inanıram. Hafta.az xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü Suat Önal deyib. O bildirib ki, Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün hər cür şərait var.

Suat Önal deyib: “Ümumiyyətlə, bu vaxta qədər 15-ə yaxın Avropa ölkəsində seçkiləri müşahidəçi kimi izləmişəm, müxtəlif ölkələrin seçki təcrübəsi ilə tanış olmuşam. 2018-ci ilin aprelində Azərbaycanda keçirilən prezident seçkilərində AŞPA-nın müşahidə missiyasının tərkibində təmsil olunurdum. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, xalqın demokratik və şəffaf şəkildə istədiyi namizədə səs verməsi üçün hər cür şərait yaradılmışdı. Bundan əvvəlki seçkilərdə olduğu kimi, fevralın 9-da keçiriləcək parlament seçkilərinin də şəffaf və ədalətli keçiriləcəyinə əminəm”. 

Siyasət rubrikasından digər xəbərlər