"Bu yaşımda qalmaqal etmək mənə yaraşmaz" - Manaf

14:39 15.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni Manaf Ağayev qalmaqal edən müğənniləri "yıxıb-sürüyüb".

Hafta.az-ın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Məni çox qalmaqala sürükləyiblər. Amma razı olmamışam. Bu yaşımda qalmaqal etmək mənə yaraşmaz. Qalmaqalı sənəti olmayanlar edir ki, tanınsınlar. Amma məni hər kəs tanıyır. Belə ucuz reklamlara ehtiyyacım yoxdur.

Qalmaqal yaradanlar da yersiz hərəkətlər edirlər. Tutaq ki, sən məni, mən də səni söydüm. Belə yadda qaldıq. Amma bunun sənətə nə əhəmiyyəti var? Tanınmaq istəyən sənət baxımından səviyyəli işlər görməlidir. Hünərləri çatırsa, yaxşı oğlan kimi tanınsınlar".