"Radikal müxalifət “Sərbəst Toplaşmaq Haqqında” qanunu və Konstitusiyanın maddələrini pozub" - Siyavuş Novruzov

14:38 22.10.2019
Yazını böyüt
Yazını kiçilt

"Oktyabrın 19-da Bakıda keçirilən qeyri-qanunu aksiyaya öz münasibətimizi bildirməliyik. Bir qrup Azərbaycanı istəməyən, erməni lobbisi tərəfindən ictimai sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək, Azərbaycanda həyata keçirilən islahatların üstünə kölgə salmaq üçün müəyyən olunmuş yerdə deyil, şəhərin mərkəzində polislə xalq arasında toqquşma, qarşıdurma yaratmağa cəhd göstərdi".

Bunu Milli Məclisin bugün keçirilən plenar iclasında deputat, Yeni Azərbaycan partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, radikal müxalifət oktyabrın 19-da atılan addımlarla "Sərbəst Toplaşmaq Haqqında" qanunu və Azərbaycan Konstitusiyasının maddələrini pozub. Hüquq mühafizə orqanları tərəfindən məsələ araşdırılmalı, hər kəs buna öz münasibətini bildirməlidir.

Deputat deyib ki, hazırda 90-cı illər deyil: "Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasət həyatə keçirərək ölkənin maraqlarını beynəlxalq təşkilatlarda, ayrı- ayrı dövlətlərdə, beynəlxalq tribunalarda yüksək səviyyədə təmsil edir. Bu, Azərbaycanı sevməyən qüvvələri narahat edir".

Siyasət rubrikasından digər xəbərlər