Aİ Azərbaycandakı aksiyadansa, İspaniya hökumətinə qarşı bəyanatlar versin - Maksim Şevçenko

16:15 22.10.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı Azərbaycanda keçirilən aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin.

Bu fikri Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü, jurnalist Maksim Şevçenko “Komsomolskaya Pravda” radiosunun efirində söyləyib.

Barselonada baş verən hadisələri şərh edən jurnalist bildirib ki, bu hadisələr həm İspaniya, həm də bütövlükdə Avropa İttifaqı üçün təhlükəlidir. Avropa İttifaqının bu hadisələrə fikir verməməsi təəssüf doğurur. Avropa İttifaqı İspaniya hökumətinə qarşı bəyanatlar vermək və tədbirlər görməkdənsə, Azərbaycanda keçirilən aksiyadan narahatlıq ifadə edir.

M.Şevçenko xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin “Valday” forumunda separatizmə qarşı çıxaraq, Rusiyanın Avropanın heç bir ölkəsinin bölünməsini, separatizmi istəmədiyini qeyd etmişdi.

Siyasət rubrikasından digər xəbərlər